Dünən Kiyevin mərkəzində minik avtomobili ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin xidməti avtomobili və onu müşayiət edən maşınlar toqquşub.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib. Nikiforovun sözlərinə görə, dövlət başçısını müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə təcili yardım göstərib və onu təcili tibbi yardım maşınına təhvil veriblər. Sitat: “Prezident həkim tərəfindən müayinə olunub, ciddi xəsarət aşkar edilməyib”.

 Hadisənin başvermə şəraiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Təxribat versiyası istisna edilir...

A.Məmmədli