Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana adının ölkənin paytaxtına qaytarılması ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Tokayev “Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

Əsas dəyişikliklər arasında Nur-Sultan əvəzinə paytaxta Astana adının qaytarılması və prezidentin bir dəfə yeddi illik müddətə seçilə bilməsi var.

Fərman “Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinin adının Astana şəhəri – Qazaxıstan Respublikasının paytaxtı adlandırılması haqqında” adlanır.

Beləliklə, sentyabrın 17-dən Qazaxıstanın paytaxtı “Astana” adlandırılır.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı 2019-cu ildən Nur-Sultan adlandırılıb. 2022-ci ilin sentyabrında parlamentin deputatları 2019-cu ildə paytaxtın adının dəyişdirilməsinə görə Astana əhalisindən üzr istəməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, hesablanıb ki, ölkənin əsas şəhərinin adının dəyişdirilməsi üçün 30 milyon tengedən çox pul lazım olmayacaq.

Şakir QURBANOV