Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 80-ə çatıb. 

Siyahıya əlavə olunan bir nəfər - əsgər Zülfüzadә Coşqun Әdail oğludur.

 Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

TEZADLAR.AZ