Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.

Bu barədə Azərbaycanın Fransadakı səfirliyi tviter səhifəsində bəyanat yayıb. Bəyanatda bildirilib:

“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 18 sentyabr 2022-ci ildə erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Günahkarları məsuliyyətə cəlb etmək;

5. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olmasını təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar".


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA