booked.netbooked.net booked.net  

Sabah Azərbaycan jurnalistlərinin 8-ci qurultayı baş tutacaq.

Artıq şuranın saytında İdarə Heyətə yeni namizədlərin siyahısı dərc edilib. Lakin onların bir çoxu uzun illərdir bu qurumda təmsil olunaraq tənqidi jurnalistikanın məhvinə çalışıblar, media üçün heç bir iş görməyiblər.
Bəs onlar niyə yenidən bu siyahıya salınıblar? Əməkdar jurnalist Qulu Məhərrəmli sosial mediada Mətbuat Şurası İdarə Heyətinin yenilənməsinin tərəfdarı olduğunu bildirib: " Mən çox arzulayardım ki, İdarə Heyətində olanların 50 faizi yenilənsin. Orada elə adamlar qalıb ki, onlar mətbuat üçün üz qarasıdırlar. Onlar vaxtilə Əli Həsənovun tapşırıqlarını yerinə yetirməklə məşğul olublar".

Bəli, əgər bu dəfə də "köhnə hamam, köhnə tas" olacaqsa, şuranın gələcək fəaliyyətindən nəsə gözləməyə dəyməyəcək...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN