booked.netbooked.net booked.net  

Sentyabrın 30-da səhər saatlarında rus qoşunları Zaporojyenin çıxışında mülki humanitar karvanı raket atəşinə tutub.

Tezadlar.az bildirir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının (ZRHA) rəhbəri Oleksandr Starux Telegram-da məlumat verib.

“İnsanlar qohumlarını götürmək və yardım gətirmək üçün müvəqqəti işğal olunmuş əraziyə getmək üçün növbəyə durmuşdular”, - deyə o yazıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Melitopol meri İvan Fedorov əlavə edib ki, həlak olanlar arasında Melitopol sakinləri də var.

İlkin məlumatlara görə, səhər saatlarında Zaporojye şəhərinin kənarında humanitar karvanın atəşə tutulması nəticəsində 23 nəfər həlak olub, 28 nəfər yaralanıb. ZRHA sədri Starux bildirib ki, hamısı mülki şəxslərdir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN