booked.netbooked.net booked.net  

Vaxtilə Avropanı əhatə etmiş türk nüfuzunu, Osmanlı imperatorluğunu, Səfəvilərin yenidən vüsət alacağı qorxusu var.

Bu fikirləri politoloq, Haqq-Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli TEZADLAR.TV-nin efirindən bildirib.

O, qeyd edib ki, türklüyümüzdən, türk dünyasından danışanda ağız büzənlər - kiçiklik kompleksində olanlardı - maariflənmə işi zəif olanlar, biliyi ora qədər çatanlardı...

“Mən siyasətə gəlməmişdən əvvəl də millətimi böyük saymışam, dilimizi də uca bilmişəm. Biz zamanında Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni ... oxuyardıq, Atatürkü öyrənməyə çalışardıq. Baxardıq ki, Turançılıq ideyası və türk dünyasının birliyi məsələn, Nuru Paşanın  Azərbaycana gəlişi böyük bir proses olub, turançılıq ideyası yeni deyil. Və ordan maariflənmə işi bizim içimizə hopur və baxırsan ki, dünyada sənin dostun kim ola bilər: birinci genetik olaraq türk, ikinci sağlamdırsa müsəlman olacaq, üçüncü ağıllı siyasət quracaqsansa, xristian da olacaq... Artıq bu siyasi müstəviyə keçəndə belə olacaq. Təməldə isə Türkiyədir.

Fars şovinizmi mahiyyətcə, tarixən düşmən olub: həm islamın, həm də türkçülüyün”, - deyə siyasətçi bildirib.

O, vurğulayıb ki, İran 30 milyonluq Azərbaycan türkünü istismar etmək, təməl haqlarından uzaqlaşdırmaq, assimlyasiyaya uğratmaq üçün hər şeyi edir:

“...Bu tərəfdə isə rus imperiyası bizə ateizmi – Allahsızlığı öyrədir: məscidlərimizi donuzxanalar edir. Onlara baxanda düşünürsən ki, niyə belə edirlər?  Belə baxanda, bu bölgədə 50 milyonluq bir dövlət qurulmalıdır. “Türkiyə dövləti bəs eləmir, hələ bir Azərbaycan da qurulsun?”- düşünürlər... Savaş budu...

Strateji olaraq vaxtilə Avropanı əhatə etmiş türk nüfuzunu, Osmanlı imperatorluğunu, Səfəvilərin yenidən vüsət alacağı qorxusu var. Amma əleyhimizə olan təbliğat artıq iflasa uğrayır”, - deyib.

Siyasətçi vurğulayıb ki, əgər islam təəssübkeşiyidirsə bizim yanımızda  olmalı idin (İran -red), bizim millətə sayqılı idinsə bizimlə dost olmalıydın, bizi himayə etməliydin.

“ Amma sən altdan-altdan erməniyə dəstək oldun, ruslarla, Fransayla iş birliyində olub Azərbaycanı necə gücdən salmaq, Turançılıq dediyimiz Türkiyə-Azərbaycan əlaqəsini aradan qaldırmaq, Zəngəzur dəhlizinə mane olmaq... barədə düşünürsən, avantüra ilə məşğulsan.

Bu prosesdə qonşularımızın mahiyyəti çıxır üzə: Rus imperiyası, hansı ki, biz ona sığındıq, bütün varlığımız onunla bağlı idi, əslində biz çox geri düşdük. Avropada texnologiyanı, mədəniyyətlərin sintezini, idarəetməni çoxdan öyrənib mükəmməl bir dövlət qura bilərdik. Təsəvvür edin ki, bu bölgədə - Avrasiya zolağında Anadolu türklüyü - Türkiyə və Azərbaycan türklüyü 50 milyonluq bir dövlət olacaqsa Orta Doğunun – Mərkəzi Asiyanın taleyini sən həll edəcəksən. Məsələ bundadır.

Biz Borçalıda Elat bayramı keçirəndə söyləyirdilər ki, bu, (Zəlimxan Məmmədli -red) Turan quracaq və Gürcüstanı da ora qatacaq. Əstafurllah. Yox, Gürcüstan mənə elə gəlir ki, Saakaşvilinin də bir zamanlar ifadə etdiyi kimi, Türk dünyasının aurasında daha gözəldi və daha güvənlidir.

Ermənistan bu gün Rusiyanın, farsın nökəridir. Anadolu türkü, Azərbaycan türkü bölgədə onu nökərlikdən qurtarmaq istəyir: deyir, azad bir Ermənistan quraq. Bizim onlarla fərqimiz budur”, - deyə Zəlimxan Məmmədli bildirib.

Qeyd edək ki, Zəlimxan Məmmədli 17 iyul 1957- ci ildə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində doğulub

1981-ci ildə  Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Stomatologiya fakültəsini, 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirib.

1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır.

Hazırda Haqq Ədalət Partiyası Ali Məclisinin sədridir, Borçalı İctimai Cəmiyyətinin, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədridir, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavinidir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN