Saakaşvilinin məsələsi artıq beynəlxalq qurumların da əsas müzakirə mövzusuna çevrilməkdədir...

bu arada Gürcüstanın prezidentindən maraqlı açıqlama gəlib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, "Mən keçmiş prezidentin həbsdə ölməsini istəmirəm", -deyən ölkə prezidenti Salome Zurabişvili BBC telekanalına müsahibə verib.  Jurnalist ölkə prezidentinə Saakaşvilini əfv etmə imkanı olduğu barədə sual ünvanlayıb. Zurabişvili isə cavabında deyib: "Hazırda mənim Mixeil Saakaşvilini əfv etmək hüququm yoxdur. Çünki məhkəmə prosesi hələ başa çatmayıb. Hələ ki, davam edir. Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız məhkəmə prosesləri başa çatdıqdan sonra mümkündür. Mən düşünürəm ki, əfv edərək siyasi qütbləşmə alətinə çevrilməməliyəm, amma eyni zamanda mən, keçmiş prezidentin həbsdə ölməsini və ya düzəlməz nəticələrə uğramasını istəməyən dövlət başçısıyam. Ona görə də məlumatları diqqətlə izləyirəm, bu gün beynəlxalq həkimlər qrupunun hazırladığı hesabatı gözləyirdim, baxmayaraq ki, hələ dərc olunmayıb. Mən ictimaiyyətə deyirəm və hesab edirəm ki, Saakaşvili əlavə müalicə almaq üçün xaricə köçürülməlidir. Müalicə üçün xaricə köçürülmə qərarı isə məhkəmənin verməli olduğu məsələdir”.

Beləliklə, məhkəmə prosesi yekunlaşarsa, prezidentin onu əfv etmə imkanı reallaşa bilər.

A.Məmmədli