"Xüsusi əməliyyatın gələcəyi və uğuru şübhəsizdir"- Peskov

“Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq. Ölkələrimizdə də bir çox “isti başlar” bu problemi müzakirə etməyə başladılar. Hiss edirəm ki, biz ortaq fikrə gəlmişik: əgər Allah eləməsin, Rusiya dağılsa, deməli bu dağıntılar altında bizim də yerimiz olacaq”,

Bu fikri Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində  bildirib.

Və daha sonra Belarus lideri arxayınlaşdırıcı şəkildə əlavə edib ki, “KTMT mövcud olacaq və heç kim heç yerə dağılmayacaq”.

 Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Aleksandr Lukaşenkonun sözlərini şərh edərək bildirib ki,  xüsusi əməliyyatın nəticəsinin uğuruna şübhə edilməməlidir.

“Biz bununla (Belarus prezidentinin KTMT-nin taleyi ilə bağlı dediyi sözlərlə) razılaşa bilərik, o şərtlə ki, xüsusi əməliyyatın gələcəyi və uğuru şübhəsizdir”, - deyə Peskov jurnalistlərə açıqlayıb.

Xatırladaq ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilib. Təşkilatın üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır

JASMİN