booked.netbooked.net booked.net  

İranın Azərbaycana qarşı müsəlmana yaraşmayan mövqeyinə Azərbaycanın dövlət başçısından sərt cavab gəldi...

Belə ki, "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik",  -deyən Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında əlavə edib: "Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".

Bəli, İranda yaşayan, daha doğrusu, yüz illərdir İranı yaşadan azərbaycanlılar ermənilərə belə edilən ehtiramı İran dövlətindən görməyiblər. Niyə? İranın molla rejimi qorxurdu ki, 50 milyona yaxın Azərbaycan türkü bir gün İranın altını üstünə çevirər, haqqını, insan azadlığını tələb edər? Bəli, dövlətin öz vətəndaşına sayğısızlığı bu gün İranda yaşananların əyani sübutudur. Xalq insan haqlarını və layiq olduğu haqqını tələb edir... Və Azərbaycan Prezidenti də onlara arxa olduğunu dilə gətirdi...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN