booked.netbooked.net booked.net  

Avropa İttifaqı ölkələri Xorvatiyanın Şengen zonasına daxil edilməsi barədə razılığa gəliblər.

Bu barədə ölkənin baş naziri Andrey Plenkoviç sosial şəbəkə  hesablarında məlumat verib.

O, "Xorvatiya daxili işlər və ədalət Şurasının yekdil dəstəyini aldı - 2023-cü il yanvarın 1-dən biz Şengen sazişinin üzvü oluruq", - deyib.

***

Xatırladaq ki,  Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi  -Belçika, Niderland, Lüksemburq, Fransa, AFR arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşmadır və 26 mart 1995-ci ildən qüvvəyə minmişdir.

Razılaşmadan sonra Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir.

Hazırda Şengen zonasına 26 dövlət daxildir.

Qeyd edək ki, Xorvatiya Mərkəzi Avropanın cənubunda, qismən Balkan yarımadasının qərbində yerləşir, keçmiş Yuqoslaviyanın tərkibinə daxil olub, 1991-ci ildə müstəqillik qazanıb. Xorvatiya 1992-ci ildən BMT-nin, Avropa Şurasının, ATƏT-in, 2009-cu ildən NATO-nun və 1 iyul 2013-cü ildən Avropa Birliyinin üzvüdür.

Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə söykənir. İqtisadiyyatı İkinci dünya müharibəsinin əvvəlinə qədər əkinçilik və maldarlığa əsaslansa da, müharibədən sonra sənaye sürətlə inkişaf etdi. Ölkənin müxtəlif yerlərində çıxarılan neft emal olunur. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Varazdin və Karlovakda toxuma, Petrinija və Koprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf etmişdir. Gəmi nəqliyyatı və turizm əhəmiyyətli gəlir qaynaqlarındandır.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN