Artıq üçüncü gündür ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası davam etməkdədir...

hazırda qeyd edilən etiraz aksiyasında iştirak edən Azadlıq Hərakatçıları Birliyinin sədri Təhmasib Novruzov bu dəqiqələrdə  "Təzadlar"a bildirdi ki, bütün gərginliyə baxmayaraq aksiya davam edur: "Yolu açmaq fikrimiz yoxdur. Yol o vaxtadək bağlı qalacaq ki, sülhməramlıların komandanı general Andrey Volkov qarşımıza çıxacaq, ermənilərin ərazimizdə apardığı qanunsuz qazıntı vı istismar əməllərinə izah verəcək, eləcə də Azərbaycandan olan mütəxəssislərin monitorinq aparmasına şərait yaradılacaq...".

Hazırda Şuşada olan ehtiyatda olan polkovnik Şəmsəddin Əliyev də üçüncü gündür davam edən aksiyaya münasibətini bildirdi: "Mən QHT rəhbəri olaraq ikinci gündür buradayam. Azərbaycanın oğul və qızlarının fədakarlığına, mübarizliyinə heyranam. Şuşanın sərt hava şəraitinə baxmayaraq gecəni səhərədək burada çadırlarda keşik çəkməkdəyik. Qarabağ Azərbaycandır və burada Rusiyanın, Ermənistanın dryil, Azərbaycanın qanunkarı işləməlidirş biz buna da nail olacağıq...".

 

 Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiyaçıların tələbi haqlıdır və artlq Ermınistanda da başa düşürlər ki, bu tələb 2020-ci ilin 9 noyabr üçtərəfli sazişin şərtlərindən qaynaqlanır.

A.Məmmədli