“Vahid Milli Hərəkat” partiyasının üzvləri - Abdulla İsmayılov, Davit Kirkitadze və Ana Tsitlidze parlamentdə aclıq aksiyasına başlayıblar. 

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə deputatlar parlamentdə keçirilən xüsusi brifinqdə bildiriblər. Aclıq aksiyası Mixeil Saakaşvili müalicə üçün başqa ölkəyə köçürülənə qədər davam etdiriləcək. Sitat: “Hakimiyyət tərəfindən yayılan kadrlarda ölkənin üçüncü prezidentini necə ölümə apardıqlarını görmüş olduq. Biz bütün bunlara biganə qalmayacağıq. Bu gün mən və dostlarım fraksiyadakı fikir ayrılıqlarına baxmayaraq, Mixeil Saakaşvilinin sağlamlığının təmin ediləcəyi ölkəyə köçürülənə qədər aclıq aksiyası keçirmək qərarına gəldik. Fikir ayrılıqları oldu, amma biz qərar vermişik. Əminik ki, bu etiraz həm parlamentin daxilində, həm də xaricində artacaq”.

Saakaşvilinin müalicəsi və azad edilməsi ətrafında siyasi qalmaqallar isə davam edir...

A.Məmmədli