NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, yeni hərbi yardım Ukraynaya hücumlar həyata keçirməyə imkan verəcək .

Tezadlar.az CNN-ə istinadla bildirir ki, baş katib gizlətməyib ki, Ukraynanın yüzlərlə yeni zirehli texnika, piyadaların döyüş maşınları və tankları alması Kiyev üçün böyük əhəmiyyət kəsb edəcək. Stoltenberqin sözlərinə görə, bu yardım ukraynalılara nəinki Rusiyanın yeni hücumlarından müdafiə olunmağa, həm də əraziləri qaytarmaq üçün öz hücum hərəkətlərini həyata keçirməyə imkan verəcək. Almaniya hələ də Leopard 2 tanklarının təhvil verilməsinə razılığını bildirmədiyi üçün Avropa birliyinə zərər vururmu sualına Stoltenberq“məsləhətləşmələr davam edəcək” cavabını verib.
Bu isə o deməkdir ki, dünya 3- cü Cahan müharibəsinin içindədir. Rusiyanın bu müharibədə sonadək tap gətirəcəyi isə sual altındadır.
A.Məmmədli