Beləliklə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.

Tezadlar.az Haber-türk-ə istinadla  bildirir ki, xəbər Ərdoğan Bursa gəncləri ilə görüşündə belə deyib: “İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”.

Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan bu tarixə dəyişiklik edilməsi qərara alındı. 

Azərbaycanda da bu seçkilər diqqətlə izlənilir.

A.Məmmədli