...Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşları bu ölkəni tərk etdi... Səbəb çox sadədir. Artıq bu ölkənin səmimiliyinə və etibarına güvənən şamslz qalar! Amma çox maraqlıdır ki, Azərbaycanda hər kənddə 5-10 molla olduğu halda və ölkədə onların sayı on minlərlədur, son qanlı terrorla bağlı heç birinin düz- əməlli səsi, yəni etirazı eşidilmir. Halbuki adicə Aşurə günü Bakının küçələri vaxsey deyənlərlə və məscidlərə axışanlarla dolub-daşır... Niyə bu kütlə indi küçələrə axışıb İrana etirazlarını bildirmir???
Nə isə... Araşdırmaçı jurnalist Elbəyi Həsənli özünün fb statusunda maraqlı mövqe paylaşıb. Jurnalist yazır: ""The New York Times” Tehranda Azərbaycan səfirliyinə silahlı hücumun səbəbi ilə bağlı yazır: “Uzun müddətdir ki, davam edən ərazi münaqişəsində İranın Ermənistanı dəstəkləməsinə Azərbaycan çoxdan etiraz edir. İran isə Azərbaycanın Türkiyə ilə müttəfiqliyinə, İsrail və Qərblə sıx əlaqələrinə pis baxır”. Azərbaycanda İranın nəzarətində olan və Qum Saatı ilə işləyən bəlli qruplar isə İrana bəraət qazandırmaq üçün min cür alçaqlığa əl atır. Təbii ki, belə şeylər mahiyyəti dəyişmək gücündə deyil. Tehrandakı Azərbaycan səfirliyi əməkdaşlarının İranı tərk etməsi isə o deməkdir ki, rəsmi Bakı molla rejimindən yaxşı bir şey gözləmir. Və Tehranın hadisənin səbəbi ilə bağlı uydurma arqumentinə qətiyyən inanmır.?.. Bir şeyi də deyim. Molla rejimi Tehrandakı səfirliyimizə terror hücumu təşkil etməklə həm Güneydə, həm də Qüzeydə xof yaratmağa çalışdı. Ancaq hücum əks effekt verdi. Fars şovinistləri də, erməni faşistləri də son dərəcə məyus oldu. Səfirliyə hücum edən silahlı terrorçunu yalın əllə zərərsizləşdirən Vasif Tağıyevin cəsarəti bütün dünyanı heyrətdə buraxdı. Hər kəsə bir daha aydın oldu ki, Qarabağ Zəfərinin arxasında Vasif Tağıyevin bir daha nümayiş etdirdiyi döyüş ruhu dayanır.
Mən ona da əminəm ki, bu döyüş ruhu Güney Azərbaycana da qol-qanad verdi...".
Bəli, Azərbaycana fərqli gözlə baxanlar gözlərini ovuşdurub qəflət yuxusundan ayılaraq dünyaya ayıq və açıq gözlə baxsa yaxşıdır...
A.Məmmədli