Rusiyanın Gürcüstanla hərbi-siyasi münasibəti artıq ticari hallara da təsir etməkdədir...

Belə ki, Gürcüstandan Rusiyaya keçən tranzit yük olaraq 1 avtomobilin qiymətində 5-6 min dollar artım müşahidə olunur. Bu barədə avtomobil idxalçıları assosiasiyasının sədri Aleksi Noniadze məlumat verib. O bildirib ki, 2021-ci ildə Rusiyaya aparılan avtomobillərin orta qiyməti 10-11 min dollar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 16-17 min dollar təşkil edir. Assosiasiya rəhbərinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Gürcüstandan Rusiyaya avtomobil ixracı artıb və bu ixracı əsasən ermənilər həyata keçirir.

Tezadlar.az Gürcüstan Dövlət Statistika Departamentinin rəsmi saytına istinadla bildirir ki, ümumilikdə Gürcüstandan ikinci əl avtomobilin əsas ixrac olunduğu ölkələr sırasında, birinci yerdə Azərbaycan ikinci yerdə isə Ermənistan dayanır. Bu isə o deməkdir ki, avtomobillərin daha çox Bakıda cəmləşdiyini nəzərə alsaq, bu o deməkdir ki, Bakıdakı tıxaclarda Gürcüstanın payı heç də az deyil...

A.Məmmədli