«Təzadlar»ın qonağı olan Ukrayna EA-nın akademiki Arif Quliyev bu ölkədə ermənilərin təxribatlarına qarşı necə mübarizə apardığını konkret faktlarla söylədi.

Sən demə, ermənilər Ukraynada bütün ciddi-cəhdlə Azərbaycan və azərbaycanlılar haqqında yalan və böhtan xarakterli məlumatlar yaymaqla məşğul olublar. Arif müəllim dəfələrlə bu təxribatların qarşısını alıb. Onun söylədiyi daha bir maraqlı fakt diqqəti çəkir:

-2003-cü ildə Ukrayna prezidenti Leonid Kuçma Ulu Öndər Heydər Əliyevin dəfn mərasimindən qayıdanda Kiyevdə onu qarşılayanlar arasında idim. Prezidentə yaxınlaşdım, dedim, cənab Prezident Heydər Əliyev kimi görkəmli şəxsiyyətin və siyasətçinin adı niyə Kiyevdə də əbədiləşdirilməsin? Dedi, əla fikirdir, siz təkliflərinizi təqdim edin, Heydər Əliyevə böyük hörmətim və sayğım var… Səhəri gün bir neçə təklifləri hazırlayıb Kiyev şəhər meriyasına təqdim etdim. Təkliflərimdən biri Kiyevdə Heydər Əliyev parkının açılması, digəri 26 Bakı Komissarı prospektinin adının dəyişdirilərək Azərbaycan prospekti qoyulması idi. Sonuncu təklifim isə daşnak erməni Şaumyanın adına olan prospektin adının dəyişdirilərək «Bakı» qoyulması idi. Ermənilər çox çalışdılar ki, bunun qarşısını alsınlar, amma bacarmadılar. Sağ olsun şəhər meriyasının rəhbərliyi ki, ermənilərin bütün cəhdini rədd etdi…

A.Məmmədli

arif-bak