Qardaş Türkiyədə baş verən zəlzələ bölgəsində Azərbaycan xilasediciləri dünəndən fəaliyyətə başlayıb...

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri baş vermiş güclü zəlzələnin vurduğu ağır dağıntı təsirlərini aradan qaldırmaq üçün fəaliyuətə başlayıblar. Tezadlar.az CNN-türk-ə istinadla bildirir ki, dünyanın 70-ə yaxın ölkədən hazırda zəlzələ bölgəsində çalışan xilas edicilər var ki, Azərbaycandan gələn qruplar daha fəaldırlar. 
Belə ki, Azərbaycan xilasediciləri Kahramanmaraşda dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Təəssüflər olsun, zəlzələ baş verəndən az sonra Türkiyənin İsgəndərun dəniz limanında güclü yanğın baş verib. Aralıq dənizi bölgəsində olan limanda başlayan yanğını bu dəqiqələrədək söndürmək mümkün olmayıb. Limanda kimyəvi maddələr və yanacaq dolu yük sisternləri vardır.

A.Məmmədli