Putinin dünənki müharibə açıqlaması NATO rəhbərliyini sərt reaksiyaya məcbur edib...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, NATO-nun baş katibi deyib: “Bir ildən sonra biz prezident Putinin sülhə hazırlaşdığına dair heç bir əlamət görmürük, əksinə bu gün o, daha böyük müharibəyə hazırlaşdığını bizə açıqladı. Rusiya yeni hücumlara başlayır, daha da böyük ordu toplayır, Şimali Koreya və İranla bu mövzuda təmasdadır”.

 NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında alyans və onun tərəfdaşları Ukraynaya yardım və müasir ağır silahlar verir və bununla bağlı Ukrayna ilə “daimi məsləhətləşmələr” apardıqlarını deyib: “Ancaq NATO-nun başqa vəzifəsi var - bu müharibənin Ukraynadan kənara çıxmasına imkan verməmək. Buna görə də, işğalın səhəri biz müdafiə planlarımızı işə saldıq və alyansın şərq hissəsindəki bölmələrimizin sayını artırdıq və bununla da Moskvaya çox aydın mesaj verdik ki, NATO oradadır, NATO ərazisinin hər santimetrini qoruyacaq və birinə hücum ən çox hücum olacaq”.

Bəs Putin nə deyib? Tezadlar.az "Rossiya24"ə istinadla bildirir ki, Rusiya Prezidenti Vladimir Putin dünən Rusiya Federal Məclisinə müraciətində deyib: “Müharibəni Qərb başladıb, Rusiya isə onu dayandırmaq üçün gücdən istifadə edir və daha sərt formada davam etdirəcək".

Təəssüf ki, müharibənin dağıntı və faciələrinə baxmayaraq sülh işartıları gözə dəymir.

A.Məmmədli