booked.netbooked.net booked.net  

Millət vəkillərimizin əsaslı arqumentləri Ermənistanın boşboğaz təmsilçilərinin qətnamələrini rədd etdirdi…    

***

Beynəlxalq tədbirlərdə regionda dayanıqlı sülhün formalaşdırılması üçün konstruktiv mövqe çox önəmlidir. Təəssüf ki, Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən Avronest Parlament Assambleyasının 10-cu plenar sessiyasında və eləcə də komitə iclaslarında Ermənistan nümayəndə heyəti sülhə və regionda əməkdaşlığa deyil, guya Laçın yolunun bağlanması, Qarabağda güya humanitar fəlakətin olması kimi əsassız çıxışlara fokuslanırdılar.

 Bunu millət vəkili Vüqar Bayramov iştirakçısı olduğu plenar sessiyadan danışarkən bildirib.

 O, vurğulayıb  ki, Ermənistandan gəlmiş nümayəndə heyəti “Laçın dəhlizinin açılması”, “Dağlıq Qarabağın blokadasının götürülməsi”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT-in Minsk qrupunun fəallaşması” kimi əsassız qətnamələr hazırlayıb təqdim etsələr də, onların hamısı səsvermədə rədd edilib.

Xatırladaq ki, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak ediblər.

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyəti üzvlərinin həm ikitərəfli görüşlərdə göstərdikləri səylər, həm də komitə və plenar iclaslardakı çıxışlarda gətirdikləri arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.

“Ermənistan nümayəndə heyəti, nəinki siyasi komitədə, hətta enerji təhlükəsizliyi komitəsində də Laçın yolunda vəziyyət və digər əsassız məsələləri gündəmə gətirirdi. Komitə iclaslarında da bildirdiyimiz kimi, feyk məlumatlar əsasında fərqli profilli komitələrdə siyasi bəyanatlar oxumaq ondan xəbər verirdi ki, Ermənistan tərəfi regionda sülhün əldə edilməsində hələ də maraqlı deyil. Regionun inkişafı isə dayanıqlı sülhdən çox asılıdır”, -deyə Vüqar Bayramov bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN