Sabiq mədəniyyət naziri Əbülfəz Qarayevlə bağlı yenni ciddi ittihamlar ortaya çıxıb... Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən Zakir Sultanov bildirib ki, 2006-cı ildə Əbülfəs Qarayevin təklifi ilə vəzifəyə gətirilib. O, Əbulfəs Qarayevlə şəxsən 2005-ci ildə tanış olduğunu qeyd edib. Rəis olduğu dövrdə vəzifəsi tikinti aparılan layihələrə nəzarət funksiyasını həyata keçirmək olub. Layihələrin maliyyə hissəsinə qarışmayıb, həmin vəzifədə 2014-cü ilin dekabr ayına kimi xidmət edib. 2014-cü ilin dekabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaranıb və həmin xidmətin rəisi vəzifəsinə təyin edilib: “2015-2020-ci illər ərzində Mədəniyyət Nazirliyində çoxlu sayda tender layihələri keçirilib. Rəis olduğum xidmətdə Mədəniyyət Nazirliyinin bir neçə layihəsinə nəzarət etmişəm. 2015-ci ildən sonra isə rəisi olduğum xidmətin adından da bir neçə şirkətlə tender müqavilələri bağlamışam. Nazirin tapşırığı ilə onun tanışı olan Şamxalın Mədəniyyət Nazirliyinin tenderində iştirakını və qalib gəlməsini təşkil etmişəm. Əvəzində isə Şamxalla aramızdakı razılığa əsasən onun hesabına müqavilədə nəzərdə tutulmuş məbləğ köçürüldükdən sonra 18 faiz ƏDV çıxılmaqla ümumi məbləğin 20 faizi "otkat" şəklində mənə geri qaytarılmalı idi. Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 000 manat pul alınıb. 2018-ci ildə bağlanmış müqavilə üzrə bizə geri qaytarılan pul ümumilikdə 900 000 manat idi. Həmin puldan 700 000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermişəm, 200 000 manat pulu özümə götürmüşəm. Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 533 000 manat, həmçinin Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 2020-ci ildə 218 000 manat pul alınıb. Ümumilikdə alınan 751 000 manat pulun 600 000 manat hissəsini Əbülfəs Qarayevin göstərişi ilə xidməti otağında ona təhvil vermişəm. 151 000 manat pulu isə özünə götürmüşəm. Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə layihədən 300 000 manat pul qalıb. Həmin pulun 240 000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona vermişəm, 60 000 manat pulu özümə götürmüşəm. Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin keçirilməsi ilə əlaqədar 2011-ci ildə bağlanmış müqaviləyə 200 000 manat pul alınıb. Həmin pulun da 160 000 manatını sabiq Mədəniyyət nazirinə vermişəm. Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 000 manat pul alınıb. Həmin pulun da 360 000 manatını Əbülfəs Qarayevə vermişəm, 90 000 manatını isə özümə götürmüşəm. Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycanla bağlı yeni binanın tikintisi ilə bağlı layihə üzrə gələn 255 950 manat puldan Əbülfəs Qarayevə 200 000 manat pul vermişəm. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin keçirilməsi ilə əlaqədar 80 000 manat pul almışam, həmin puldan 60 000 manatını Əbülfəs Qarayevə vermişəm. Bunlardan başqa daha bir böyük layihədən gələn 240 000 manat pulun da 192 000 manatnı Əbülfəs Qarayevə təqdim etmişəm...".
XXX 
Keçmiş nazir Əbülfəs Qarayev isə hələki susur. Susmaq razılıq əlamətidirmi? 
Bəs necə olub ki, ibtidai istintaq bu ifadəni nəzərə alaraq Əbülfəz Qarayevi cəlb etməyib? Suallar isə çoxdur... "Təzadlar" dəfələrlə Əbülfəz Qarayevə yazılarla, rəsmi məktublarla müraciət edib ki, Şamaxının Mədrəsə qəsəbəsində Alban kilsəsi var, ermənilər başına itin oyununu açıblar... İndi kilsə dağılır, onu qorumaq, bərpa etmək lazımdır. Amma kilsədən səs çıxdı, Əbülfəz Qarayevdən yox... Hazırda kilsənin təpəsindən bir akasiya ağacı boylanır. Sanki bu ağac laqeyd məmurlara demək istəyir ki, utanmayın, yaxın gəlin...
Asif Mərzili