"Təzadlar" bu ilin fevralın 19-da, yəni ötən bazar günü Bakının Üzeyir Hacıbəyov küçəsində (Hökumət Binasımın arxası) "Honours Akademy" restoranı sahibinin bayrağımıza hörmətsizliyindən yazmışdı...

Yazmışdıq ki, Restoran-kafenin başı üzərində Dünyanın 12 ölkəsinin bayraqları sərgilənib. Ən sonra Türkiyənin və Azərbaycanın bayrağıdır. Niyə öz ölkəmizin bayrağı sonda olmalıdır?

Bu gün əməkdaşımız həmin ərazidən keçərkən bütün nimdaş və bozarmış bayraqların götürüldüyünün şahidi olub. Görünür, restoran sahibi bütün bayraqkarı təzələyəcək.

İnanırıq ki, bu dəfə Azərbaycan bayrağı sonda qoyulmayacaq. Axı o bayraq 30 illik erməni işğalına son qoyulandan sonra Şuşada dalğalanır...

A.Məmmədli