Bu gün Rusiyanın Krasnodar vilayətində neftayırma zavoduna dronların hücumunun ardınca ikinci şok hadisə yaşanıb...

Belə ki, bu gün fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, baş verənlərlə əlaqədar şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb. Eləcə də şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. Şəhərin icra hakimiyyət Sankt-Peterburq hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyini təsdiqləyib. Lakin nə baş verdiyi hələki bilinmir. "Rossiya24" kanalı da bu barədə canlı bağlantı verib, amma yenə də nə baş verdiyi bəlli deyil. 

Sosial mediada isə bunun Ukrayna Hərbi Hava Qüvvələrinin təşkil etdiyi barədə məlumatlar yayılmaqdadır. 

Xatırladaq ki, NATO rəhbərliyi bu günlərdə Ukraynaya radarların tuta bilmədiyi PUA-lar verəcəyini bəyan etmişdi... Rusiyada isə hələki PUA həyacanı yaşanır, insanlar vəlvələ içindədir.

Moskvada da oxşar həyacanlı anlar yaşanmaqdadır...

A.Məmmədli