“Bəziləri qəbul etməsə belə, fevralın 6-da Türkiyədə baş verən zəlzələ əsrin fəlakətidir”.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib. Prezident deyib ki, 62 rayonda və 10 190 kənddə zəlzələnin ciddi təsirləri hiss olunub: "Hazırkı dövrün normal dövr olmadığını bütün mütəxəssislər təsdiqləyir. Həqiqətən, Türkiyə indi zəlzələ fırtınası ilə üz-üzədir".

Ərdoğan bir daha bəyan edib: "...bütün çətinliklərə baxmayaraq seçkilərin tarixi dəyişdirilməyəcək və mayın 14-də xalq lazım olan qərarını verəcək".

Müxalifət isə bütün ciddi-cəhdlə zəlzələ dəhşətlərini az qala prezident Ərdoğanın üstünə atmaqla, seçkidə səs toplamaq üçün koalisiya yaratmaqdadır... Hətta CHP lideri Kılıçdaroğlu Kürt partiyasını da bu koalisiyaya daxil edib.