MCP lideri, 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilmiş Razi Nurullayev evsiz-eşiksiz 7 uşaqlı ailənin qayğısına qalıb.

***

Evsiz-eşiksiz 7 uşaqlı ailə bizə pənah gətirdi.

Bunu millət vəkili Razi Nurullayev bildirib.

O, həmin görüşün videosunu da paylaşıb.

“Bu videoda olanlara qədər 10 saat vaxt keçib və bu müddət ərzində köməkçim və rəhbərlik etdiyim partiya onlara sığınacaq verib. Tezdən isə Parlamentin önündə olublar və bir az səs-küy salıblar. Köməkçim mən gələnə kimi onları partiyanın qərargahına gətirib. Mən isə rayona gedirdim və Şirvan körpüsünün üzərindən dönüb geri qayıtmalı oldum. Bunlar da videoda danışılıb, qısa olsun deyə onları kəsib çıxardıq”, -deyə R.Nurullayev qeyd edib.

O, diqqətə çatdırıb ki, rəhbəri olduğu partiya tərəfindən həmin ailəyə maddi yardım da göstərilib.

“İmişli rayon sakini Əmirov Kamil hazırda Bakı şəhəri, Zabrat qəsəbəsində həyat yoldaşı və 6 övladı ilə birgə kirayədə yaşayır. Ən kiçik övladının 2 yaşı var. 7-ci övladları isə dünyaya gələcək”, - deyə millət vəkili vurğulayıb.

Xatırladaq ki, Razi Nurullayev seçicilərinin haqqını müdafiə edən, onların problemlərini həll etməyə çalışan deputatlardandır.

 

 JASMİN