booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, Qırğızıstanın manas.news saytı dünən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan xəbər yaymışdır.

«Martın 5-də Dağlıq Qarabağda atışma olub: Ermənistan və Azərbaycan hərbçiləri həlak olub» başlıqlı xəbərdən sitat: «Dağlıq Qarabağda insident baş verib, nəticədə Ermənistan və Azərbaycan hərbçiləri həlak olub. Dağlıq Qarabağ Respublikasının Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu DQR Daxili İşlər Nazirliyinin viza nəzarəti əməkdaşlarının növbətçi avtomobilini atəşə tutub. Bu insident nəticəsində 3 polis əməkdaşı həlak olub, daha biri yaralanıb» və s.

«Təzadlar»ın Baş redaktoru Asif Mərzili dərhal həmin saytın rəhbərliyinə, eləcə də Qırğızıstanın Azərbaycandakı, Azərbaycanın Qırğızıstandakı səfirliklərinə bu barədə ətraflı məlumat verərək saytın bu kobud və təxribatçı səhvinin dərhal düzəldilməsinə kömək edilməsini xahiş etmişdir. Eləcə də baş redaktor Qırğızıstan Prezidenti cənab Sadır Japarovun Adminstrasiyasına, həmçinin Qırğızıstan PA-nın facebook səhifəsinə, elektron poçtuna rus dilində yazaraq Prezidentdən xahiş etmişdir ki, bu təxribatçı məlumatı yazan sayta qarşı tərbir görülsün. Həmin müraciətdə deyilirdi:

 "Президенту Кыргызстана, Его превосходительству господину Садыру Жапарову!

Уважаемый Господин Президент!

 Я, Асиф Марзили, журналист, член Европейской федерации прессы, руководитель портала tezadlar.az и tezadlarTV, обозреватель турецких сайтов trtajans.сom, anadoluyakasihaber.сom и ilkhavadis.com. довожу до вашего сведения о том, что сегодня кыргызский сайт «manas.news» опубликовал информацию, ставящую под сомнение территориальную целостность Азербайджана. Даю ссылку на эту дезинформацию (https://manas.news/world/v-nagornom-karabahe-5-marta-proizoshla-perestrelka-pogibli-armjanskie-i-azerbajdzhanskie-voennosluzhashhie/). На вышеуказанном сайте допущена грубейшая ошибка, указав Карабах, неотъемлемую и суверенную территорию Азербайджанской Республики, в качестве отдельной «Нагорно-Карабахской Республики» и дезинформация, о том, что якобы «По данным МВД Нагорно-Карабахской республики, диверсионная группа ВС Азербайджана обстреляла дежурный автомобиль сотрудников визового контроля МВД Нагорного Карабаха».

Уважаемый Господин Президент!

На территории Азербайджанской Республики нет никакого образования под названием «Нагорно-Карабахская Республика», а есть Карабахский экономический район. Азербайджан обеспечил свою территориальную целостность, прекратив 30-летнюю оккупацию Армении с ноября 2020 года.

Вы Президент братской для Азербайджана Кыргызской Республики, и поэтому прошу Вас дать соответствующее указание по принятию мер против саботажа указанного сайта и впредь уважать суверенные территории нашей страны.

 С уважением,  Асиф Марзили".

Bu gün «Təzadlar»ın elektron poçtuna manas.news saytının adminindən belə bir məzmunda elektron məktub daxil olmuşdur: «Спасибо за уточнение, исправили…».

Bəli, bu səhv deyil, təxribat idi, yaxşı ki, təxribata yol verənlər dərhal bunu anlayaraq düzəliş etdilər…

JASMİN

manas-tekzib

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN