booked.netbooked.net booked.net  

SOS: Elçin Abuzər oğlu Xələfov Bakı Dövlət Universitetində 2011-ci ildən Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri  ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tam ştatlı prorektoru və rektor əvəzi vəzifələrində çalışmaqdadır…

...Bir müddət əvvəl "Təzadlar" qəzeti redaksiyasına daxil olmuş bir məlumat bizi nəinki şoka saldı, həm də ciddi araşdırma apararaq inanılmaz faktların üzə çıxarılmasına sövq etdi. Məsələ isə hüquqi baxımından olduqca ciddidir, suallıdır. Belə ki, şikayətdə qeyd edildiyi kimi, hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, 2011-ci ildən Bakı Dövlət Universitetinin Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri olan, bununla bərabər, həm də Ədliyyə Nazirliyi  Ədliyyə Akademiyasının tam ştatlı prorektoru (uzun illər rektor əvəzi vəzifəsini tutmuşdur) olan  Elçin Abuzər oğlu Xələfovun bu qanunsuz hərəkətinə, Azərbaycanın mövcud qanunvericiliyinə hörmətsizliyinə əsas iş yeri olan BDU rəhbərliyi susur.

Niyə, səbəb nədir? Bəlkə Elçin Xələfov əvəzolunmaz kadrdır??? Yox, heç də belə deyil. Sosial mediada apardığımız araşdırmalar bu suala müsbət cavab vermədi. Amma əsas sual isə açıq qalır: nədən BDU rektoru Elçin Babayev Elçin Xələfovun bu qanunsuz hərəkətinə hələ də susur???

***

 Beləliklə, Elçin Xələfov 2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiridir. Amma o, paralel olaraq Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının tam ştatlı prorektorudur. Biz yalnışlıq olmaması üçün əvvəlcə BDU-nun rəsmi saytına daxil olduq. Bəli, Elçin Xələfov yuxarıda qeyd edilən kafedranın müdiridir. O, eyni zamanda Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının uzun illərdir prorektorudur (uzun illər rektor əvəzi vəzifəsini daşıyıb).

Elçin Xələfov hüquqşünasdır deyə, bildiririk ki, axı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi eyni vaxtda tam ştatlı bir neçə vəzifəni tutmağı qadağan edir. Üstəlik, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru (əvvəl rektor əvəzi) vəzifəsi Dövlət qulluğudur.

8 saatlıq iş saatını BDU-da yerinə yetirən Elçin Xələfov daha 8 saatlıq iş saatını Ədliyyə Nazirliyinin Akademiyasındakı iki məsul vəzifəsində icra edirmiş???

Elə isə, Prezident yanında Dövlət Qulluğu Komissiyası bu fakta, daha doğrusu, bu inanılmaz qanunsuzluğa necə göz yumub? Dəyərli oxucularımız da bilir ki, 2 yüksək statuslu və tam ştatlı vəzifəni ayrı-ayrı məkanlarda tutmaq nəinki qanunveticilikdə qadağandır, bu həm də fiziki cəhətdən mümkünsüz bir işdir. Əmək qanunvericiliynə görə, 8 saatlıq iş saatını BDU-da yerinə yetirən Elçin Xələfov daha 8 saatlıq iş saatını Ədliyyə Nazirliyinin Akademiyasındakı iki məsul vəzifəsində icra edirmi??? Ağlabatan olmamaqla bərabər, həm də hüquqi məntiqə sığmayan bir işdir! Axı bu işlərdən heç biri yaradıcı iş deyil, təhsildir, auditoriyadır, tədrisdir. İş saatı səhər saat 09-dan axşam saat 18:00-da tamamlanan iki yüksək statuslu iş yerində bu necə baş tuta bilib?

***

Araşdırmalarımız daha bir sensasion faktı da üzə çıxartdı. Belə ki, Ədliyyə Nazirliyinin Akademiyasının tam ştatla prorektor vəzifəsini tutan Elçin Xələfovun vəzifə maaşı təxminən 3 min manatdır. Biz hələ bu vəzifəyə görə ayrılan xidməti avtomobilə çəkilən büdcə məsrəflərini, digər imtiyazlardan istifadəni demirik. Beləliklə, Elçin Xələfovun Azərbaycanın Dövlət büdcəsindən nə az, nə çox, düz 360 min manat vəzifə maaşını qanunsuz olaraq alması narahatlıq doğurmaya bilməz. Digər məsrəfləri, imtiyazları və s. də üstünə gəlsək, Dövlət büdcəsinə yarım milyondan çox ziyan vurulduğu şübhə doğurmur. Bu həm də büdcə vəsaitini talama deyilmi???

elcin-xelef-2

Eyni ilə, Elçin Xələfov həmin müddətdə BDU-nun kafedra müdiri vəzifəsini tutmaqdan əlavə, öz kafedrasında 0,5 ştat əvəzçiliyi ilə də dərs deyib, həm də dosent kimi çalışıb. Bəs bu iki vəzifə necə icra edilib??? BDU rəhbərliyi doğrudanmı bu hüquqi anlaşılmazlığın əsl səbəbini bilmir, yaxud bilib tədbir görmək istəmir?  

Odur ki, bu suallarımıza BDU-nun rektoru Elçin Babayevdən cavab istərdik:

-10 il ərzində Azərbaycanın Dövlət büdcə vəsaitinin bu cür talanmasına necə icazə verilib??? Doörudanmı rektora (eyni qaydada nazir Fikrət Məmmədova) bu barədə məlumat verən olmayıb?

-Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU kimi nüfuzlu elm və təhsil ocağında baş verən bu ciddi qanunsuzluğa niyə son qoymaq barədə aidiyyəti dövlət qurumlarına müraciət etməyib???

-Bəs hər il Dövlət büdcəsindən maliyyələşən dövlət qurumlarında audit aparan Auditorlar Palatasında bu maliyyə dolaşıqlığını doğrudanmı görən olmayıb?

- Eyni zamanda, BDU-nun hüquq fakültəsinin dekanı vəzifəsinə təzə təyin edilmiş Zaur Əliyev bu qanunsuz əməldən həqiqətənmi xəbərsizdir???

Bildiririk ki, xeyr, Zaur Əliyev bu məsələdən xeyli əvvəl tərəfimizdən xəbərdar edilib, əməkdaşımız onunla telefonla söhbət edib. Bəs niyə indiyədək tədbirlər görülməyib??? Axı dekanın vəzifəsi həm də professor və müəllimlərin işdə iştirakına nəzarət etmək, qeyd jurnalında imzalarını yoxlamaq, kafedralardakı davamiyyətə nəzarət etməkdir. Dekan Zaur Əliyev kafedra müdiri Elçin Xələfovun hansı auditoriyada dərs dediyindən xəbərdardır, amma…Əlimizdə fakt var ki, Elçin Xələfov fərqli məkanda tədbirlərdə olub, amma həmin vaxtlarda onun auditoriyada dərs saatı olmuşdur. Deməli, onun dərsini başqa kimlərsə deyir…

-Nəhayət, bəs Prezident yanında Dövlət Qulluğu Komissiyasının üzvləri necə, onlar da Elçin Xələfovun Büdcə vəsaitini talama əməllərindən xəbərdar deyillər? Niyə belə bir vəzifə qanunsuzluğuna göz yumurlar??? Bu məsələ artıq bir müddət əvvəl ictimailəşdirilib. Niyə tədbir görülmür? Yox, əgər Elçin Xələfovun fövqəladə statusu-imtiyazı varsa, buyurub bunu izahlasınlar. Çünki bu qanunsuzluğa gözyumma presedent yaradır. Artıq Ədliyyə Akademiyasından və BDU-dan redaksiyamıza yazırlar ki, «…əgər Elçin Xələfov iki tam ştatlı vəzifə tuta bilərsə, onda icazə verilsin, biz də iki tam ştatlı vəzifələr tutaq…».

SONDA: biz hələ bir müddət əvvəl həm dekan Zaur Əliyevlə, həm də Elçin Xələfovun özü ilə telefon əlaqəsi saxlamışıq, danışmışıq. Olduqca maraqlı suallara cavab verilmişdi. Amma…

***

«Əmma»lar isə çoxdur. Bir daha Auditorlar Palatasının və Baş Prokurorluğun rəhbərliyinədir sözümüz. İnanırıq ki, rəsmi qaydada təqdim göndərəcəyimiz sübutlar dəqiqliklə araşdırılacaq və redaksiyaya qanunvericiliyin tələbləri səviyyəsində rəsmi cavabın verilməsi təmin ediləcək. Daha çox, bu cavabı BDU rektoru Elçin Babayevdən gözləyirik. Bəlkə biz doğrudan da yalnış anlayırıq, Əmək Məcəlləsində elə bir bənd var ki, hər bir arxası, adamı… olan vəzifəli şəxs iki tam ştatlı vəzifədə işləyə bilər…  

Mövzuya qayıdılacaq.

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN