Bu ilin aprelin 9-da 30 yaşını qeyd edəcək «Təzadlar» qəzetinin arxivində tariximizin ayrı-ayrı dönəmlərini özündə əks etdirən unikal sənədlər və video, foto materiallar vardır.

Onlardan biri də Xalq şairi, ustad Bəxtiyar Vahabzadənin ömrünün son günlərini özündə əks etdirən videomüsahibəsidir.

 Aşağıda təqdim edilən videoçəkiliş Xalq şairinin mənzilində qeydə alınıb. Xalq şairi ilə görüşdə iştirak edən digər 3 nəfər isə Türkiyənin Azərbaycandakı Səfirliyinin o vaxtkı əməkdaşları-hərbi rütbəli zabitləridir. Onlar əvvəlcə «Təzadlar»ın qonağı olmuşdular. Öyrənəndə ki, Xalq şairi Bəxtiyar Vahabzadə «Təzadlar»ın Redaksiya Heyətinin rəhbəridir, onunla necə görüşüb ziyarət edə biləcəklərini bizdən soruşdular. Mən redaksiyanın xidməti telefonu ilə Bəxtiyar müəllimin evini yığdım. Dəstəyi şairin həyat yoldaşı Dilarə xanım götürdü. Salamlaşıb hal-əhval tutduq… Sonra Bəxtiyar müəllimlə danışdım, biləndə ki, Türkiyədən gəlmiş qonaqlar onunla danışmaq istəyirlər, çox sevindi… Türkiyəli hərbçilər gözlərinə inana bilmirdilər ki, nəhayət, onlar Bəxtiyar Vahabzadənin səsini də eşidə bildilər… Bəxtiyar müəllim onları evinə dəvət etdi. Əməkdaşımız Elçin Məmmədli ilə birlikdə qonaqları götürüb Bəxtiyar müəllimin Prezident Administrasiyasının yanındakı mənzilinə getdik. Aşağıda təqdim edilən videogörüntülər də həmin görüş-ziyarətin xoş bir məqamını özündə əks etdirir. 3 hissədən ibarət videogörüntüləri ardıcıllıqla təqdim edirəm:

Asif Mərzili

bextiyar-vahab