booked.netbooked.net booked.net  

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Xəbər verdiyimiz kimi, hal-hazırda Milli Məclisin iclasında "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunub.

İclasda Baş prokuror Kamran Əliyev və prokurorluğun əməkdaşları iştirak edib.

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimat deputatların diqqətinə çatdırılıb. Təqdimatı Baş prokuror Kamran Əliyev təqdim edirb. Baş prokuror “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatı deputatların diqqətinə çatdıran zaman deyib: “Bütün dünya COVID-19 pandemiyası ilə üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox ciddi işlər aparılır. Bütün vətəndaşlarımız da COVID-19-la mübarizədə birləşib. Bu sahədə ağır məsuliyyət bizim hüquq-mühafizə orqanlarının üzərinə düşür. Təəssüflər olsun ki, Milli Məclisin deputatı 29 iyulda qohumuna məxsus kafeyə gəlib və ondan sonra isə hadisə baş verib. Artıq cinayət işi başlanılıb. Polis zabiti dərhal hadisə ilə bağlı rəhbərliyinə məlumat verib. Tərəfimizdən ilikin araşdırma aparılan zaman fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub”.

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimat İntizam komissiyasında müzakirə edilib və rəy qəbul olunub. Rəydə qeyd edilir ki, Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var və məsələ parlamentin plenar iclasına çıxarıla bilər. Hər kəs qanun qarşısında bərabərdir. Bu hadisə bizim üçün dərs olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə “Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”, - deyə vurğulayıb. 

Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin tödərilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: “Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.

Çıxış edən digər deputatlar da Eldəniz Səlimovun hərəkətinin təəssüf doğurduğunu və Milli Məclisin adına böyük ləkə gətirdiyini diqqətə çatdırıblar. 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

ELBAR

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN