booked.netbooked.net booked.net  

Laçın-Xankəndi yolundan, daha dəqiq desək, vaxtilə "Laçın dəhlizi" kimi tanınan keçiddən Qarabağa daşınan silah-sursat Ermənistanın Azərbaycanın bu bölgəsinin işğalında əsas köməyi oynamışdır...

Ona görə də indi bu yolda Azərbaycanın sərhəd- keçid məntəqəsi yaratması Ermənistanın işğalçılıq niyyətini dəfn etmiş oldu... "Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasında məqsəd nəzarətin təmin edilməsidir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında ermənilərin hay- küyünün mahiyyətini açıqlamışdır. "...Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Bunda məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir...".

Bəli, Ermənistanın hərbi-siyasi rəhbərliyini də narahat edən budur ki, bir daha Qarabağa silah-sursat və muzdlu terrorçuları göndərə bilməyəcəklər. Bu isə Ermənistanın Azərbaycanla mehriban dildə danışmasının açarı deməkdir. Açar isə Azərbaycanın əlindədir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN