Rusiya xarici işlər naziri Sergey Lavrov TV müsahibəsində Azərbaycanın "bostanına" daş atıb... Bilmirik, bəlkə də çaşıb, yaxud onu elə məlumatlandırıb çaşdırıblar... Bütün hallarda, Lavrov kimi siyasətçi belə məsələlərdə çaşmamalıdır... Tezadlar.az xatırladır ki, tanınmış diplomat Vilayət Quliyev Lavrovun bu çaşqınlığını belə şərh edib: "...Lavrov MDB-nin qarşıdan gələn illərdəki mədəni-kütləvi tədbirlərdən danışarkən “2024-cü ildə erməni şəhəri Gümrinin MDB-nin Mədəniyyət paytaxtı, 2025-ci ildə yenə erməni şəhəri Qəbələnin MDB-nin Gənclər paytaxtı elan olunduğunu” bildirib. Mənbə: news.am, 29.08.2023, /17.08 Bu nəyin anonsudur? Ümid edək ki, çaşıb. Amma ürəyindən keçənləri də dilinə gətirə bilər…".
Təəssüf ki, Azərbaycan XİN-nin Rusiya XİN-ə bu yanlışlıqla bağlı məlumat göndərdiyinə rast gəlmədik... Gözləyək... Dünya düzələcək, amma erməni və erməni niyyətlilər yox...
A.Məmmədli