Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt Tbilisidə yerləşən nəbatat bağında xatirə nar bağı salınıb.

TEZADLAR.AZ xəbər verir ki,, Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgia şirkətinin təşəbbüsü ilə həyata keçirilmiş aksiyanın iştirakçıları əvvəlcə Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər. Diplomatik korpusun nümayəndələri daha sonra nəbatat bağına qalxaraq Heydər Əliyev adına xatirə bağının salınmasında iştirak ediblər. Nar bağında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının Tbilisi Botanika Bağına hədiyyə etdiyi 100 ədəd nar ağacı əkilib. Nar ağaclarının Göyçay rayonundan göndərildiyi qeyd olunub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin digər əməkdaşları, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Vatikan səfiri Jose Avellino Betanikur, Macarıstanın Gürcüstandakı səfiri Anna Maria Siko, Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze, eləcə də Gürcüstanın digər ictimai-siyasi və din xadimləri, azərbaycanlı iş adamları iştirak ediblər.

24 news.ge