booked.netbooked.net booked.net  

Gürcüstanın sabiq prezidenti M.Saakaşvili bir müddətdir ona qarşı irəli sürülən ittihamlardan bərk əsəbləşərək bu dəfə açıq eyhamla Rusiyanı qınadı...

O, "Mənə qarşı edilən bütün bu təqibləri indi hamı başa düşməlidir ki, bu Putindən və Rusiyadan birbaşa əmrdir", -deyə açıqlama yayıb. Mixeil Saakaşvili Rusiyanın bəyanatı ilə bağlı şəxsi facebook səhifəsində etdiyi paylaşımı zamanı deyib ki, Rusiyanın bu kimi bəyanatları onun planlarını dəyişə bilməyəcək: "Ruslar çox yaxşı bilirlər ki, Gürcüstan xalqının böyük əksəriyyəti mənim tərəfimdədir və Gürcüstana qayıtmağımı tələb edirlər. Onlar həmçinin, şantajın keçmişdə daha çox işə yaradığını və İvanişviliyə köməkçi rolu oynadığını yaxşı bilirlər. Hərkəsə bildirmək istəyirəm ki, biz Rusiya da daxil olmaqla heç kimlə qarşıdurma istəmirik. Belə bəyanatlar isə gürcü xalqını seçimindən məhrum edə bilməz və üstəlik mənim planlarımı da dəyişə bilməz. Onlar mənimlə əlaqəli olan Gürcüstanın sürətli inkişafı və uğurlarından daha çox qorxurlar, nəyinki bir tək Saakaşvilidən. Gürcüstanda xaos, iğtişaşlar və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Mənə qarşı edilən bütün bu təqibləri hamı başa düşməlidir ki, Putindən və Rusiyadan birbaşa əmrdir və İvanişvili mənə qarşı boş cinayət işləri açaraq özünü onlara sevdirdiyini heç vaxt gizlətmir. Çünkü onlar Gürcüstanın tərəqqi və inkişafını dayandırması üçün İvanişviliyə seçki kampaniyası zamanı iki milyard dollar vermişdi. Biz Gürcüstanı azad etmək üçün sona qədər gedəcəyik və sonra bütün qonşularımızla münasibətləri mütləq həll edəcəyik", - deyə M. Saakaşvili qərarını bəyan edib.

Məlumat üçün bildirək ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov "Rusiya heç vaxt Saakaşvilinin cinayət rejimini Gürcüstan xalqı ilə eyniləşdirməyib", - deyə fikirlər səsləndirib. M.Saakaşvilinin də, yuxarıda xatırlatdığımız kimi, cavabı özünü çox gözlətməyib.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN