Təəssüflər olsun, məsuliyyətsiz insanların bəd əməli sayəsində Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində bu axşamdan başlayaraq yenidən yanğınlar törədilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, neçə gün əvvəl Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. 

Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb. Yanğının kimlər tərəfindən törədildiyi barədə araşdırmalar aparılır. Bunu təyin etmək isə yəqinki bir o qədər çətin olmayacaq. Çünki mobil rabitə vasitəsilə yanğın törədilən ərazilərdə kimlərin olduğunu müəyyən etmək asandır. 

A.Məmmədli