booked.netbooked.net booked.net  

 

Türkiyədə baş verən meşə yanğınlarının qarşısını almaq üçün FHN-nin yanğınsöndürənləri elə ilk gündən qardaş ölkəyə köməyə gəliblər.

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu Türkiyəyə yola düşmüş və yanğın baş verən ərazilərdə böyük bir fədakarlıqla,yüksək peşəkarlıqla yanğınla mübarziə aparmışlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına çatıb.

Belə ki, dünən 200-dən artıq şəxsi heyət gətirən təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib.

Şəxsi heyət bugündən etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN