Türkiyədə son 10 gündə 47 vilayətdə 209 yanğın nəzarətə alınsa da, 5 vilayətdə 13 yerdə yanğınlar davam edir.

Bunu Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yanğınların son vəziyyətilə bağlı paylaşdığı məlumatda bildirib.

Nazir B.Pakdemirli Muğlada 8 yerdə (Marmaris və Milas rayonlarının hər birində iki yanğın, Kavaklıdere, Yılanlı, Seyidkemer və Yatağanda bi yanğın), Aydında 2 yerdə (Karacasu, Bozdoğan), İspartada (Sütçüler), Karabürkdə (Mərkəz) və Burdurda (Gölhisar) hər birində bir yanğın olmaqla, ümumilikdə 13 yerdə yanğınların söndürülməsi və qarşısının alınması üçün mübarizənin davam etdirildiyini vurğulayıb.

E.ŞİRİNOV