"Biz bu ilki seçkilərlə bağlı fəaliyyətimizi öz regionumuzda dayandırırq".

Bu sözləri ötən gün fəaliyyətlərini dayandırdıqları barədə brifinq keçirən, "Vahid Milli Hərakat" partiyasının qərargah sədri Aqil Mustafayev deyib. Müsahibəsində A. Mustafayev, Saakaşvilinin qayıdışı üçün əllərindən gələn hərşeyi etməyə hazır olduqlarını söyləyib.

Xatırladırıq ki, Saakaşvili bir müddətdir ki, Gürcüstana qayıdacağını bildirib. Bunun ardınca nəinki Gürcüstanın, hətta Rusiyanın siyasi dairələri bu məsələyə sərt reaksiya veriblər.