Hollandiyada yaşayan, hazırda Vətənini ziyarətə gələn “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə Azərbaycan yol polisindən razılıq edib, sürücüləri isə qınayıb.

“Azərbaycan yol polisinin dəyərini bilin! Azərbaycandakı sürücülərin çoxu, hətta piyada keçidlərində insanlara yol vermirlər, yol hərəkəti qaydalarına əməl etmirlər. Sürücülərin bir çoxunun avtomobil idarəetməsindən dəhşətə gəldim”, - deyə Elman Mustafazadə Tezadlar.az-a bildirib.

O, diqqətə çatdırıb ki, Avropada belə bir hal ola bilməz - Hollandiyanın yol polisi yol hərəkəti qaydalarını pozduğu halda sürücüyə qarşı heç də humanist davranmaz.

Göründüyü kimi, yol polisimizi həddən artıq tənqid edənlərin əksinə olaraq, vətənpərvər ziyalımız yaşadığı Avropa ölkəsinin yol polisi ilə Azərbaycan yol polisini müqayisə edib və  polisimizin sürücülərə qarşı  nə qədər səbr və dözüm nümayiş etdirdiyinin şahidi olub....

 JASMİN