Türkiyə ilə Azərbaycanın qardaşlıq və dostluq münasibətləri təkcə siyasi müstəvidə deyil, həm də iqtisadiyyatda davamlıdır...

Belə  ki, "Türkiyə Azərbaycanla birgə nəqliyyat infrastrukturunu inkişaf etdirəcək”,- deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində xalqa müraciəti zamanı da belə bildirib. Tezadlar.az Haber-Türk-ə istinadla qeyd edir ki, Ərdoğan Türkiyə Dəmir İpək Yolu kimi ifadə edilən dəmiryolu xəttini Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdiriləcəyini məxsusi vurğulayıb: "Bu gün sürətli qatardan Sivas xalqı yararlanır, bundan Ərzincan və Tokatdan olan sakinlərimiz də faydalanacaqlar. Yəni bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə birləşdirəcəyik. Biz Dəmir İpək Yolu kimi ifadə edilən bu xətlə regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəfəs borusu açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzi etdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik".

Bu isə o deməkdir ki, Azərbaycanla Türkiyəni həm də dəmir yolu birləşdiri... 

A.Məmmədli