booked.netbooked.net booked.net  

Dünyanın hər yerində avtomobil qəzaları baş verir. Bu qəzalarda insanlar həyatlarını itirir, müxtəlif xəsarətlər alır. Bunun səbəbləri də aydındır. Həddindən artıq maşın çoxluğu, intensiv hərəkətlər, sürücülərin təcrübəsiz olması və s. kimi səbəblər. İstənilən halda, qəzanın nə cür baş verməsindən asılı olmayaraq, bu insan amili ilə əlaqəlidir və deməli, qarşısı alına bilinəcək bir hadisədir. Müəyyən qadağalar, məhdudiyyətlər,cərimələr,cəzalandırmalar qəzaların qarşısını qismən alsa da, ümumilikdə bu tədbirlər kifayət deyildir.

Türkiyə də ən çox avtomobil qəzaları baş verən ölkələr sırasındadır.Demək olar ki, hər gün Türkiyənin müxtəlif yerlərində baş vermiş ağır yol qəzalarından xəbərlər eşidirik. Onlarla insan həyatını itirir,xəsarət alır. Belə qəzalar içərində sərnişin avtobuslarının qəzaya uğraması haqqında məlumatlar daha çoxdur.

  • Türkiyənin Manisa əyalətinin Soma rayonunda avtobusla TIR-ın toqquşması nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.
  • Türkiyədə Adana-Kuşadası istiqamətində hərəkət edən sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb.
  • Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində qeyri-leqal miqrantları aparan avtobus qəzaya uğrayıb. hadisə nəticəsində 11 nəfər həlak olub. Daha 30 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunur ki, avtobus beton divara çırpılıb.
  • İstanbulda sərnişin avtobusu qəzaya düşüb. Hadisə nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər yaralanıb, 5 nəfər həlak olub.
  • Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.Hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib.Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Bu sonuncu  xəbər isə bu gün baş verib. Bir qəzada 14 nəfərin ölümü çox faciəli bir faktdır. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğluna Türkiyədə baş verən qəza ilə bağlı başsağlığı verib. Qardaş Türkiyədə baş verən bu kimi hadisələrə üzülür və  kədərlənirik.

 Nə baş verir, bu qədər qəzanın səbəbləri nədir?  
 Bizim fikrimizcə, qəzaların bu cür intensiv hal alması bir neçə amilin təsiri ilə baş verir.

  1. Avtobus sürücülərinin peşəkarlıq səviyyəsi çox aşağıdır. Buna qarşı ciddi nəzarət yoxdur.
  2. Sürücülərin iş qrafiki düzgün təşkil edilməyib. Aktiv vaxtla istirahət vaxt araslndakı interval düzgün təyin olunmayıb və nəticədə tam dolğun şəkildə istirahət etməyən sürücü diqqətini cəmləyə bilmir,sükan arxasında yatır və s.
  3. Müəyyən bir vaxtdan sonra sürücünü əvəz edən başqa sürücü olmur.Qəzaların başlıca səbəbi təkbaşına sükan arxasında oturmaqdır.
  4. Yolun yaxşı və ya pis olmasından asılı olmayaraq, avtobusların sürət həddi çox minimal olmalıdır.
  5. Sürücüyə müxtəlif qadağalar (siqaret çəkmək,telefonla danışmaq və s.) qoyulmalıdır.
  6. Xəttə çıxan avtobus ciddi texniki baxışdan keçməli və müsbət rəydən sonra xəttə buraxılmalıdr.
  7. Sürücünün sağlamlıq vəziyyəti və işə yararlıq səviyyəsi yoxlanılmalıdır.

 Ola bilsin ki, qəzaya səbəb olan digər amillər də mövcuddur və onların ciddi araşdırmalara ehtiyacı var. İstənilən halda, biz bü cür qəzaların azalmasının tərəfdarıyıq və bu qəzalara səbəb olan amillərin ortadan qaldırılmasını istəyirik. Güclü Türkiyənin güclü, ciddi və məsuliyyətli sərnişindaşınma sahəsi, hər bir insanın mənzil başına sağ-salamat çatdırılması əsas vəzifə olmalıdır.

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN