...Ölkəmizin ali təhsil müəssisələrində magistratura hazırlığı ilə bağlı bir müddət əvvəl apardığımız araşdırmalar maraqlı məqamları üzə çıxarıb...

 Qəzetimizin araşdırma qrupu ilk növbədə “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında” Əsasnamənin və Magistr hazırlığı (magistratura) haqqında Azərbaycan Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarının icrası və şərtlərinə necə əməl olunmasını öyrənmişdir. Bunun üçün seçmə yolu ilə BDU, “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti götürülmüşdür. Olduqca kobud qanun pozuntusu aşkar edilən isə Dövlət İqtisad Universiteti olmuşdur. Toplanmış material Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək...

Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında” Əsasnamə necə pozulub?

Xatırladaq ki, magist hazırlığı haqqında “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında” Əsasnamə və müvafiq olaraq Nazirlər Kabinetinin uyğun qərarı vardır. Əsasnamənin 1.1. bəndində yazılır ki, “Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür”. Çox yaxşı. Və Əsasnamənin 2.2.-ci bəndində isə deyilir: “Magist hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir tədris və elmi-tədqiqat laboratoriyaları, tədris və fənn kabinələri, zəngin elmi kitabxanası, tədris-təcrübə və istehsalat sahələri, elmi-tədqiqat institutları olan ali təhsil müəssisələrində ali təhsil müəssisələrində ali təhsilin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş təhsil istiqaməti və ixtisaslar üzrə açılır”.
Gəlirik mətləbə: Əsasnamənin 3.1.-ci maddəsində xüsusi olaraq qeyd olunur ki, “Magistratura təhsil pilləsində kadr hazırlığına iddiaçı olan təhsil müəssisəsində (oxu: ADİU.Red.) istiqamət üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5 nəfəri elmi dərəcəli olmalıdır”.

Bəs magistrlərə təyin edilmiş elmi rəhbərlər kimlər ola bilər?

Beləliklə, “Əsasnamə”də daha sonra oxuyuruq: “Magistrantların elmi rəhbərlərinin tədris prosesində iştirakı üçün: - müvafiq magistr təhsil proqramı üzrə dərsliklərin (dərs vəsaitlərinin) və ya elmi əsərlərin (araşdırmaların) müəllifi olması; həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas kursunu aparması zəruridir”.
Aşağıda Azərbaycan Dövlət İqtisad Universitetində magistrlərə təyin olunmuş elmi rəhbərlərin bu şərtlərə uyğunluğunu bir-bir araşdırdıq və təəssüf hissi doğuran mənzərə ilə rastlaşdıq (Elmi rəhbərlərin elmi dərəcəliliyi və “Əsasnamə”nin bu şərtlərinə necə uyğunluğunu sübut edən siyahı təqdim ediləcək).

ADİU-da magistrlər istehsalatdan ayrılmaqla təhsil alırlarmı?


Bu suala cavab vermək üçün Əsasnamənin 5-ci bəndinə diqqət edək. “Magistr proqramına qoyulan ümumi tələblər” bölümündə bu vacib elementlər sadalanır. Əsasnamənin 5.2.-ci maddəsində qoyulan əsas şərt isə belədir: “5.2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir...”.
Araşdırmamız sübut edir ki, məsələn, iqtisad elmləri doktoru, professor Kəlbiyev Yaşar Atakişi oğlu ADİU-da Magistratura Mərkəzinin rəhbəridir və özü isə 5 magistrə rəhbərlik edir. Öyrəndik ki, o, “Azərsu” ASC-də iş saatı 09-18:00-a qədər olan böyük bir idarənin rəisidir. Belə çıxır ki, onun elmi rəhbəri olduğu magistrlər axşam saat 18:00-da işdən çıxan rəisin, deməli, həm də elmi rəhbərin, mühazirələrini yalnız axşam saat 19:00-dan sonra dinləyə bilərlər. Belə çıxır ki, həmin mağistrlər bütün günü ya evdə oturub Yaşar Kəlbiyevin işdən çıxmasını gözləməlidirlər, ya da hardasa istehsalatda çalışıb axşam düşəndə də dərsə gəlməlidirlər. Elmi fəaliyyətə könül vermiş mağistrin isə istehsalatdan ayrılmadan mağistrliyinə isə “Əsasnamə”də qadağa qoyulub.


Rektor Ədalət Muradov Nazirlər Kabinetinin qərarını kobud surətdə pozduğunu rəsmi cavabı ilə etiraf edir...


Bəs ADİU-da magistrlərə elmi rəhbərlərin təyinatı “Əsasnamə”yə və Nazirlər Kabinetinin müvafiq qərarlarına necə uyğundur? Bu sual bir müddət əvvəl ADİU rəhbərliyinə göndərdiyimiz rəsmi sorğuda da ifadə olunmuşdur. Lakin verilən cavablar göndərilən rəsmi cavabı qətiyyən ifadə etmirdi deyə, biz əlavə araşdırmalara başlamışdıq. Ortaya isə görün nələr çıxmışdır. İlk növbədə gəlin magistrlərə elmi rəhbərliyə kimlərin təyin oluna bilməsinin qanuniliyini araşdıraq. Məsələn, “Əsasnamə”nin 5.3 bəndində konkret olaraq yazılır ki, “5.3. Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir” (“Əsasnamə”də o da qeyd edilir ki, “Bir nəfərə beşdən çox tələbə-magistr rəhbərlik etməyə icazə verilmir”.

Rektor Ədalət Muradov magistr hazırlığı haqqında “Əsasnamə”ni və Nazirlər Kabinetinin müvafiq qərarını kobud surətdə pozub...

...Ölkəmizin ali təhsil müəssisələrində magistratura hazırlığı ilə bağlı “Təzadlar”ın bir müddət əvvəl apardığı araşdırmalar maraqlı məqamları üzə çıxarıb.
Qəzetin araşdırma qrupu ilk növbədə “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında” Əsasnamənin və Magistr hazırlığı (magistratura) haqqında Azərbaycan Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarının icrası və şərtlərinə necə əməl olunmasını öyrənmişdir. Bunun üçün seçmə yolu ilə BDU, “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti götürülmüşdür. Olduqca kobud qanun pozuntusu aşkar edilən isə Dövlət İqtisad Universiteti olmuşdur. Toplanmış material Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək...

Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında” Əsasnamə necə pozulub?

Xatırladaq ki, magist hazırlığı haqqında “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı haqqında” Əsasnamə və müvafiq olaraq Nazirlər Kabinetinin uyğun qərarı vardır. Əsasnamənin 1.1. bəndində yazılır ki, “Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür”. Çox yaxşı. Və Əsasnamənin 2.2.-ci bəndində isə deyilir:“Magist hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir tədris və elmi-tədqiqat laboratoriyaları, tədris və fənn kabinələri, zəngin elmi kitabxanası, tədris-təcrübə və istehsalat sahələri, elmi-tədqiqat institutları olan ali təhsil müəssisələrində ali təhsil müəssisələrində ali təhsilin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş təhsil istiqaməti və ixtisaslar üzrə açılır”.
Gəlirik mətləbə: Əsasnamənin 3.1.-ci maddəsində xüsusi olaraq qeyd olunur ki, “Magistratura təhsil pilləsində kadr hazırlığına iddiaçı olan təhsil müəssisəsində (oxu: ADİU.Red.) istiqamət üzrə tədris prosesini təmin edən elmi-pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5 nəfəri elmi dərəcəli olmalıdır”.

Bəs magistrlərə təyin edilmiş elmi rəhbərlər kimlər ola bilər?

Beləliklə, “Əsasnamə”də daha sonra oxuyuruq: “Magistrantların elmi rəhbərlərinin tədris prosesində iştirakı üçün: - müvafiq magistr təhsil proqramı üzrə dərsliklərin (dərs vəsaitlərinin) və ya elmi əsərlərin
(araşdırmaların) müəllifi olması; həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas kursunu aparması zəruridir”.
Aşağıda Azərbaycan Dövlət İqtisad Universitetində magistrlərə təyin olunmuş elmi rəhbərlərin bu şərtlərə uyğunluğunu bir-bir araşdırdıq və təəssüf hissi doğuran mənzərə ilə rastlaşdıq (Elmi rəhbərlərin elmi dərəcəliliyi və “Əsasnamə”nin bu şərtlərinə necə uyğunluğunu sübut edən siyahı təqdim ediləcək).

                 ADİU-da magistrlər istehsalatdan ayrılmaqla təhsil alırlarmı?

Bu suala cavab vermək üçün Əsasnamənin 5-ci bəndinə diqqət edək. “Magistr proqramına qoyulan ümumi tələblər” bölümündə bu vacib elementlər sadalanır. Əsasnamənin 5.2.-ci maddəsində qoyulan əsas şərt isə belədir: “5.2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla həyata keçirilir...”.
Araşdırmamız sübut edir ki, məsələn, iqtisad elmləri doktoru, professor Kəlbiyev Yaşar Atakişi oğlu ADİU-da Magistratura Mərkəzinin rəhbəridir və özü isə 5 magistrə rəhbərlik edir. Öyrəndik ki, o, “Azərsu” ASC-də iş saatı 09-18:00-a qədər olan böyük bir idarənin rəisidir. Belə çıxır ki, onun elmi rəhbəri olduğu magistrlər axşam saat 18:00-da işdən çıxan rəisin, deməli, həm də elmi rəhbərin, mühazirələrini yalnız axşam saat 19:00-dan sonra dinləyə bilərlər. Belə çıxır ki, həmin mağistrlər bütün günü ya evdə oturub Yaşar Kəlbiyevin işdən çıxmasını gözləməlidirlər, ya da hardasa istehsalatda çalışıb axşam düşəndə də dərsə gəlməlidirlər. Elmi fəaliyyətə könül vermiş mağistrin isə istehsalatdan ayrılmadan mağistrliyinə isə “Əsasnamə”də qadağa qoyulub.

Rektor Ədalət Muradov Nazirlər Kabinetinin qərarını kobud surətdə pozduğunu rəsmi cavabı ilə etiraf edir...

Bəs ADİU-da magistrlərə elmi rəhbərlərin təyinatı “Əsasnamə”yə və Nazirlər Kabinetinin müvafiq qərarlarına necə uyğundur? Bu sual bir müddət əvvəl ADİU rəhbərliyinə göndərdiyimiz rəsmi sorğuda da ifadə olunmuşdur. Lakin verilən cavablar göndərilən rəsmi cavabı qətiyyən ifadə etmirdi deyə, biz əlavə araşdırmalara başlamışdıq. Ortaya isə görün nələr çıxmışdır. İlk növbədə gəlin magistrlərə elmi rəhbərliyə kimlərin təyin oluna bilməsinin qanuniliyini araşdıraq. Məsələn, “Əsasnamə”nin 5.3 bəndində konkret olaraq yazılır ki, “5.3. Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir” (“Əsasnamə”də o da qeyd edilir ki, “Bir nəfərə beşdən çox tələbə-magistr rəhbərlik etməyə icazə verilmir”.
Xatırladaq ki, biz məsələyə aydınlıq gətirilməsi üçün hələ 14 və 22 fevral 2019-cu il tarixlərdə rektor Ədalət Muradova rəsmi sorğu göndərmişdik. Məsələn, sualın biri belə idi ki, “5. Universitetinin 400-ə yaxın professor və dosenti olduğu halda, niyə magistrlərə elmi rəhbərlər əsasən onların sırasından deyil, kənardan seçilir?”. Cavab: “Elmi rəhbərlər əsasən UNEC müəllimlərindən seçilir”.
Halbuki sonuncu araşdırmalarımız bunun tamamilə əksini sübut edir və rəhbərliyin cavabındakı yalanı üzə çıxarırdı. Hətta sualın birində soruşulmuşdu ki, “9. Azərbaycan Dövlət İqtisad Universitetində çalışan professor və dosentlərin deyil, kənardan cəlb edilmiş 42 müəllimin magistrlərə elmi rəhbər təyin edilməsində məqsəd nədir?”. Cavab verilmişdi ki, “Məqsəd magistrlərin elmi rəhbər seçmək hüququnu təmin etməkdir”. Guya! Təsəvvür edirsinizmi, rektor Ədalət Muradov rəsmi sorğuya cavabında “Əsasnamə”nin 5.3. bəndindəki “Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir” kimi bəndini kobud surətdə pozduğunu özü yuxarıdakı yazılı cavabı ilə etiraf edir. Bu isə böyük qanunsuzluqdur, cinayət əməlidir.
Şübhəsiz ki, redaksiya bu dəfə toplanmış bütün sənədləri yenidən Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, Nazirlər Kabinetinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tədbir görülməsi üçün göndərəcək. Axı bu mağistrlər gələcəyimizin alimləri, elmi mütəxəssisləridir. Onların hüquqları bu səviyyədə tapdanırsa, buna necə göz yummaq olar???

Bəs “Əsasnamə”nin tələblərinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına zidd olaraq ADİU-da mağistrlərəelmi rəhbər, özü də kənardan, təyin edilənlər kimlərdir?

Beləliklə, Araşdırma Qrupumuz ADİU-da mağistraturada baş verən qanunsuzluqları aşkarlamaq üçün universitetin özünün rəsmi saytından götürülən və təhsil ekspertləri tərəfindən dəqiqləşdirilən (http://unec.edu.az/application/uploads/2017/07/Dissertasiya-movzulari-09.01.191.pdf) siyahını öyrəndi, təhlil etdi, həm də magistrlərə təhkim olunmuş müəllimlərin siyahısını ayrıca təftiş etdi. Ən dəhşətlisi budur ki, rektorluqda bu sahəyə nəzarət edən rəhbər işçilər “Əsasnamə”nin 5.3 bəndindəki şərtlərdən, sanki xəbərsizdirlər. Eləcə də Nazirlər Kabinetinin müvafiq qərarından.
Diqqəti çəkən odur ki, “Əsasnamə”də birmənalı olaraq yazılsa da ki, “Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan və bu Əsasnamənin 3.4. və 3.5. bəndlərinin tələblərinə cavab verən elmi rəhbər tərəfindən tələbənin fərdi planına müvafiq olaraq həyata keçirilir”, yenə də rektorun tapşırığı və ya göstərişi ilə mağistrlərə elmi rəhbərlər universitetin professor və elmlər doktorları, dosentləri dura-dura, kənardan gətirilir. “Təzadlar”ın Araşdırma Qrupu ADİU-da mağistrlərə təyin edilmiş sıravi, elmi adı olmayan və kənardan elmi rəhbər təyin edilmiş müəllimlərin (2 nəfər istisna olmaqla) siyahısını təqdim edir:
1. İ.e.d., prof. Kəlbiyev Yaşar Atakişi oğlu (“Azərsu”yun idarə rəisi)-5 magistr,
2. Növrəsli Tərlan Növrəs-3 mağistr, su üzrə fəlsəfə doktoru;
3. İ.e.n. Cəfərov Elxan Orxan- 2,
4. İ.e. n. Əhmədov Zaur Qalib- 5,
5. İ.ü.f.d. Səfərli Elmir Novruz-4,
6. İ.ü.f.d. Tanrıverdiyev Qalib Əvəz-2,
7. İ.e.n. Rəfiyev Aydın Ağaəli-2,
8. İ.ü.f.d. Bədəlov Elnur Şakir-4,
9. İ.ü.f.d. Babayev Tural Söhbət-5,
10. İ.ü.f.d. Paşacanov Anar Aydın-4 (o, əslində kimya üzrə fəlsəfə doktorudur, amma saytda yalandan i.ü.f.d. yazıblar),
11. H.ü.f.d. Abbasbəyli Mustafa Aslan-5,
12. İ.ü.f.d. Hüseynova Alidə Teymur-2,
13. İ.ü.f.d. Atakişiyev Ruslan Bahyəddin-4,
14. İ.ü.f.d. Əlizadə Namiq Zahid-3,
15. İ.ü.f.d. Sultanov Firudin Oktay-2,
16. İ.ü.f.d. Məmmədova Sevinc Rəfail-2,
17. İ.ü.f.d. Məmmədov Anar Rauf-4,
18. İ.ü.f.d. Quliyev Elsevər Nizami-3,
19. İ.ü.f.d. Muradlı Neman İmran-1(0,5 ştatda dərs deyir, ona elmi rəhbərlik olmaz, elmi dərəcəsi yoxdur),
20. İ.ü.f.d. Abbasov Ceyhun Abbas-3,
21. İ.ü.f.d. Muxtarov Şəhriyar Zahid-3,
22. İ.ü.f.d. Hacıyev Ceyhun Gülməmməd-1,
23. İ.ü.f.d. Mürsəlli Nicat Yusifəli-1,
24. İ.ü.f.d. Mikayılov Fərhad Qamboy-1,
25. İ.ü.f.d. Əhmədov Adil Aydın-3,
26. İ.ü.f.d. Məmmədov Aqil Arif-1,
27. İ.ü.f.d. Alıyev Xətai Şahin-4,
28. İ.ü.f.d. Əkbərov Şahin Şükür-2,
29. Riy.ü.f.d. Rzayeva Ülviyyə Şahin-1,
30. İ.ü.f.d. Bəşirov Xəqani Sərdarxan-4,
31. İ.ü.f.d. Muradov Rəşad Hüseyn-3,
32. İ.ü.f.d. Musayeva Fərqanə Qəzənfər-3,
33. İ.ü.f.d. Abdullayeva Rəsmiyyə Sabir-1,
34. İ.ü.f.d. Bağırzadə Murad Manaf-1,
35. İ.ü.f.d. Muradova Hicran Rafiq-3,
36. İ.ü.f.d. Talıbov Ceyhun Şahmar-4,
37. İ.ü.f.d. Sofiyeva Ofelya Sadıx-3,
38. İ.ü.f.d.Fərzəliyeva Süsən Vaqif-1,
39. İ.ü.f.d. Hüseynov Təhmasib Faiq-1,
40. İ.e.d. Səməndərov Seyfəddin Sabir-1,
41. İ.e. dok.pr. Novruzov Vahid Tapdıq-1,
42. İ.ü. f. d. Abbasov Ceyhun Abbas-1,
43. İ.ü.f.d. Eyvazov Aqil Afdandil-5.


Mağistrlərə elmi rəhbər özbaşınalığı ADİU-dan külli miqdarda dərs yükünün kənara daşınmasına səbəbdir...

Xatırladırıq ki, Azərbaycan Dövlət İqtisad Universitetində, əvvəla, bu ilki 77 mağistrlərə görə 4620 saat dərs yükü 24 elmi rəhbər arasında paylanıb. Təyin edilmiş bu elmi rəhbərlər, professor Y.Kəlbiyev və professor V.Novruzov istisna olmaqla, qalanları (22 nəfəri) qanunsuzdur, elmi dərəcəsi və elmi adları yoxdur, yaxud kənar şəxslərdir. Yəni, onlar professor və ya dosent deyillər.
Bundan başqa, “Əsasnamə”yə zidd olaraq əlavə 22 adi müəllimə 60 magistr verilib (3600 saat dərs yükü).
Həmçinin 15 baş müəllimə isə yenə də “Əsasnamə”yə zidd olaraq 47 mağistr verilib (2820 saat).
Beləliklə, ADİU-nun mağistratura şöbəsində 47+60+77=184 mağistr x 60 saat= 11040 saat!
Araşdırma Qrupumuz yuxarıdakı siyahını və universitetdən kənara daşınan dərs yükünü və ona müvafiq əmək haqqını ictimailəşdirir... Və çox istərdik ki, ADİU rektoru Ədalət Muradov, eləcə də universitetdə mağistraturaya rəhbərlik edənlər elmi rəhbər siyahısının “Azərbaycan Respublikasında çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında” Əsasnamənin və Magistr hazırlığı (magistratura) haqqında Azərbaycan Nazirlər Kabinetinin 13 fevral 1997-ci il tarixli, 15 saylı qərarının şərtlərinə necə uyğun olduğunu müəyyənləşdirsinlər. Sonda isə elə özlərinə sual versinlər: “Əsasnamə”yə tam zidd olaraq ADİU-nun tanınmış iqtisadçı alimlərini maaşla, “Reytinq cədvəli” ilə imtahana çəkərək onlara çatası dərs saatlarının elmi dərəcəsi və elmi adları olmayan, kənar müəllimlərə, iş adamlarına... verilməsi nə dərəcədə ədalətlidir???
İnanırıq ki, bu sual cavablandırılması üçün çətin olmayacaq. Çünki hər şey ortadadır. Qanun və qaydalar da, gələcəyimizin alimləri olacaq mağistrlərə elmi rəhbərlik və onlara elmi münasibət də. Amma bütün suallara təbii ki, yuxarıda adlarını çəkdiyimiz rəsmi dövlət qurumları cavab verəcək.
Mövzuya qayıdacağıq.(tezadlar.az)