Rusiya "ekspertləri" Azərbaycanı hədələməyə başlayıblar- özünüzdən çıxsanız, Bakıya qədər gedərik və heç bir Ərdoğan sizi xilas edə bilməz.

Son vaxtlar Moskvada Azərbaycanı tez-tez hədələməyə başlayıblar.Xatırladırlar ki, 2008-ci ildə Gürcüstanda etdiklərini Bakıda da təkrarlaya bilərlər,yəni Bakıya öz ordularını yeridə bilərlər.

Azerisport. "Zerkalo" –ya a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Kremlin ruporu, qalmaqallı çıxışları ilə məşhur olan LDPR-in lideri Vladimir Jirinovski, Şanxay əməkdaşlığı Təşkilatı nəzdində MDB İnkişaf İnstitutunun Avrasiya inteqrasiyası şöbəsinin müdiri, hərbi ekspert  Vladimir Yevseyev  bəyan ediblər.

Pyotr Tolstoy  bu dəfəki bəyanatında Bakıdan gələn “sülhməramlılar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər” mesajına cavab olaraq bildirib:

“Mən bunu Rusiya tərəfə, rus sülhməramlılarına güc tətbiq etmə cəhdi hesab edirəm. Bu, Moskva üçün bi mesajdır.Bakı çox şey danışa bilər, Türkiyə sülhməramlıların Qarabağda yerləşməsini də istəyə bilər.Ancaq, bu planlar Yerevanın da mövqeyini də nəzərə alan Moskvanın razılığı olmadan həyata keçirilə bilməz. Türkiyə sülhməramlılarının cəlb edilməsi üç ölkə arasındakı razılaşmanın pozulması deməkdir”-deyə o “Kavkazskiqy uzel” müxbirinə bildirib.

İndi necə deyərlər, paza keçmişik. Bizdə belə bir deyim var: ” Qoyun özümə yer eləyim, görün sizə neyləyəcəm”.Məgər Bakı öz iradlarında haqlı deyilmi? Üçtərəfli razılaşmanın hansı maddəsi yerinə yetirilir? Heç biri.Bakı niyə Qarabağın işğaldan tam azad edilməsinin bir addımlığında olanda rus “sülhməramlılarının” Qarabağda yerləşməsinə niyə razılıq verdi? Yalnız bir şərtlə: rusların atəşkəs rejiminin, bütün erməni silahlılarının Qarabağdan çıxarılmasının qarantı olmaq şərti ilə.Əvəzində nə baş verdi? Sülhməramlı adı altında Qarabağda yerləşən rus hərbi kontingenti 9 ay ərzində öz missiyasına uyğun olmayan fəaliyyətlə məşğuldur: stasionar infrastruktur tikir,erməni silahlılarını tərksilah etmir,əksinə onlara təlim keçir, silahlandırır və bizim mövqelərimizə atəş altında saxlamalarına göz yumur. Artıq Rusiya açıq şəkildə və həyasızcasına erməni ordusunu yeni silahlarla təmin edəcəyini bəyan edir və Azərbaycanı atəşgah rejimini pozmaqda günahlandırır.

Azərbaycan sülhməramlıların missiyalarına uyğun hərəkət etmədiyini bildirəndə, Moskvadan cürbəcür hədələr gəlir. Yəni, Azərbaycan ordusu öz ərazisində rus ordusunun himayəsi altında olan erməni silahlılarına atəş açsa, təsadüfi güllənin biri İvana dəysə, bu, Moskvaya müharibə elan etmək kimi qiymətləndiriləcək.

Daha sonra Evseyev xox gəlmə planını aydınlaşdır: “ 2008-ci ildə Gürcüstanda baş verənlər Bakıda da təkrarlana bilər. Moskvanın səbri sonsuz deyildir və Bakı bunu nəzərə almalıdır. Yaranmış vəziyyəti dəyişmək üçün edilən istənilən cəhd regionda sabitliyin pozulması kimi qiymətləndiriləcək”-deyə Evseyev Bakıya xəbərdarlıq edir.

Əgər Rusya Azərbaycan ərazisinə hərbi təcavüz etsəydi (əslində isə bu belədir), bu cür sərsəmləməni başa düşmək olardı. Amma rus “sülhməramlıları” bizim evdə yalnız qonaq qismindədirlər və vəzifələri itkiyə yol vermədən hərbi münaqişənin sona yetməsinə və sülh prosesinin başlanmasına kömək etməkdən ibarətdir. İndi işə bax ki, onlar bizim evdə bizi hədələyirlər... Bu gözlənilən idi. Ruslar nə zaman və haradan könüllü gediblər? Məsələn, götürək elə Putinin vaxtını. Putin xeyirxah, mərhəmətli Brejnyev, zəif iradəli Qorbaçov, sözünün ağası Yeltsin deyil. İndi Yevseyevlə bizə çatdırırlar ki, onlar Azərbaycandan getməyə hazırlaşmırlar və uzun müddətə gəliblər, başqa cür hərəkət etsək, Bakıya qədər gələrlər və heç bir Ərdoğan da bizi xilas edə bilməz.

Üçtərəfli razılaşma əldə edilənə qədər bizimlə bu tonda danışa bilməzdilər. Biz türk sülməramlılarla rus sülməramlılarının eyni sayda olmasına ümid edirdik. Amma bu baş vemədi və heç bir səlahiyyəti olmayan monitorinq qrupuna icazə verdilər.

İndi davadan sonra yumruq oynatmağın nə xeyri? Əvəzində, rus bayraqlarını keçini bostana buraxanda bol-bol oynatdıq.

Biz Moskva ilə hər cür dialoqa hazır olsaq da, biz onlar üçün türk, rusları qovan,rus məktəblərini bağlayan, şəxsən Putinə qarşı çıxan ermənilər isə qancıq uşaqları olaraq qalır.

Şakir QURBANOV