...Bu dəfə saxta TV əəməkdaşı kimi özünü ortaya atan saxlanıldı. Və o, elə bilib ki, bu kələyi baş tutacaq. Lakin axır ki, ilişdi...

Belə ki, Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bəli, kələk ayaq tutdu, amma yerimədi və ilişdi... İndi o, saxta TV əməkdaşı olmağın məsuliyyətini içəridə müəyyənləşdirmək və nəticə çıxarmaq imkanı əldə edəcək...

A.Məmmədli