Hər il sentyab ayının 8-i Beynəlxalq Jurnalist Həmrəyliyi Günü kimi qeyd olunur.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ildən etibarən qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir.

Biz də Tezadlar.Az saytı olaraq, bu bayram münasibətilə bütün jurnalistləri təbrik edirik!