Ermənistan Tavvuş vilayətinin kəndlərini təslim etmək niyyətində deyil, bu barədə martın 27-də jurnalistlərə Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, Simonyana görə, sözügedən dörd kənd həqiqətən də Ermənistan ərazisi deyil.

Sitat: "Mən bu kəndlərin Ermənistan ərazisində olduğunu sübut edəcək insan axtarıram".

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qazax rayonunun 90-cı illərin əvvəllərində ermənilər tərəfindən işğal olunmuş 4 kəndini Azərbaycana qaytarmaq zərurətindən bəhs edib. 

Bununla belə, Ermənistanda adam balası kimi anlayırlar ki, indiyədək işğal edilib Azərbaycandan qoparılmış bütün ərazilər geri qaytarılmalıdır...

A.Məmmədli