İran Hava Yollarına məxsus təyyarə Ermənistana silah daşıyır.

TEZADLAR.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə “Telegram” kanallarında məlumatlar və fotofaktlar yayılıb.

Yayılan məlumatlarda qeyd edilir ki, beş gündür İran Hava Yollarına məxsus "Boeing-747" yük təyyarəsi Ermənistana aktiv şəkildə silah daşıyır.

Qeyd edək ki, bu ilin yanvar ayında İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb.

Onların üzərində brezentlə örtülmüş naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasının Aqarak gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində isə Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.

Əlavə edək ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə açıq-aşkar gizlədilmək üçün brezentlə örtülüb, onun hərbi məqsəd daşıdığı şübhə doğurmur.

i

i

i