Dünyanın yadından Rusiya- Ukrayna müharibəsi çıxmış kimi görünür...

Çünki dünəndən İranla İsrail arasında əsl müharibə ab- havası yaşanmaqdadır... Tezadlar.az CNN- ə istinadla bildirir ki, İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb. Sitat: “Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq <…> Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”.  Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb: “Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam. Amma biz hələki müharibəyə can atmırıq”.
Prezideğnt, həmçinin beynəlxalq ictimaiyyəti İrana və Tehranın, Hersoqun sözlərinə görə, regionda və dünyada yürütdüyü “sabitliyi pozan siyasətinə” qarşı birləşməyə çağırıb: “Dünyanın Tehrandakı şər imperiyanın üzünə baxmaq və İran rejiminə buna dözülməyəcəyini açıq şəkildə söyləmək vaxtı çatıb”.

Artıq 10- a yaxın ölkədə İran səfirliyinə nota təqdim edilib və İrana qarşı sərt addımlar atılacağı bildirilib. 

A.Məmmədli