Avropa parlamentinin üzvü Andrius Kubilius, ötən gün hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Qaribaşvilinin bəyanatına cavab verib.

Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, Qaribaşvilinin "Gürcüstan bu gün Avropa İttifaqına üzv ola bilməz, çünki o, hazır deyil" sözlərinə parlamentari tənqidi cavab verib. Kubilius sosial media hesabında qeyd edib: "Dekabrda Qaribaşvili Avropa İttifaqına namizəd statusunu qeyd etdi və bunu qələbə adlandırdı. 4 aydan sonra Gürcüstanın hazır olmadığını deyir. Kim hazır deyil: gürcü xalqı, yoxsa "Gürcü arzusu"? Cavab aydındır ki, Gürcüstan russayağı qanunlar qəbul edir, avropapərəstlər isə küçələrdə etiraz edirlər".
Xatırladaq ki,  ötən gün jurnalistlərə müsahibəsində hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili deyib ki, "Bu gün biz Avropa İttifaqına üzv olmağa hazır deyilik, bununla bağlı konsensus yoxdur, buna vaxt lazımdır - Avropa İttifaqı da genişlənməyə hazır deyil".

Ölkədə siyasi qarşıdurma isə baş nazur və prezident səviyyəskndə davam edir.

A.Məmmədli