Ermənistanda bir tərəf Axərbaycanla sülh sazişi bağlamaq istəyir, digər bir başıpozuq dəstə isə bayrağımızı yandırır...

Əslində, özünü işğaıçılıq niyyətlərində və sonda 44 günlük Vətən müharibəsində yandıran bu başıpozuqlar başa düşmək istəmir ki, İlham Əliyevin "Dəmir yumruğu" başını qaldıranları gözləyir.

Tezadlar.az xatırladır ki, bu gün aprelin 24- ü ermənilərin saxta soyqırım günüdür və dünən İrəvanda Respublika meydanından 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb. Ermənistan mətbuatı yazır ki,  "Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq baş tutub. Tədbirdə Türkiyə və Azərbaycan əleyhinə sarsax və gülünc iddialar səsləndirilib, şüarlar deyilib. "Sputnik Armeniya" yazır ki, İşxan Saqatelyan və ölkənin 3-cü prezidenti Serj Sarkisyan kimi qondarma siyasətçilərin iştirak etdiyi bu yürüşdə maraqlıdır ki, Ermənistanın dövlət və hökumət rəsmiləri iştirak etməyib. Yürüşü bir sıra erməni mediası sosial şəbəkələrdə birbaşa yayımlayıb. Kadrlardan aydın görünür ki, başıpozuqların yürüşündə Türkiyə və Azərbaycan bayraqları yandırılıb.

Bəli, Serj Sarkisyan və o ağılda olanlar vurnuxur, nəyəsə darıxırlar... Əslində, bu da məlumdur: onlar Bakıdakı DTX təcridxanası üçün darıxırlar... Buna isə çox az qalıb...
A.Məmmədli